Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Prezidentdən ARDNF-in builki büdcəsi ilə bağlı FƏRMAN  

Prezidentdən ARDNF-in builki büdcəsi ilə bağlı FƏRMAN
 

Prezidentdən ARDNF-in builki büdcəsi ilə bağlı FƏRMAN
 
2023-06-22 , 15:55

“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli Fərmanında dəyişiklik edilib. 

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 
Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin gəlirləri 8 milyard 990 milyon 947 min 200 manatdan 16 milyard 337 milyon 500 min manata, xərcləri isə 11 milyard 392 milyon 336 min 500 manatdan 11 milyard 850 milyon 36 min 500 manata qaldırılıb. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.