Azərbaycan lideri: "Bu gün biz bölgədə söz sahibiyik"

Bu gün biz öz şanlı Zəfərimizi siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirdik. Bu gün biz bölgədə söz sahibiyik.
Bəzilərinin, o cümlədən Ermənistanın və onun bəzi xarici himayədarlarının Azərbaycanı qisasçılıqda ittiham etdiklərini diqqətə çatdıran dövlət başçısı bunun tamamilə yalan tezis olduğunu deyib. “Mən demişəm və müharibə dövründə demişəm ki, biz düşməndən qisasımızı döyüş meydanında alacağıq, şəhidlərimizin qanını döyüş meydanında alacağıq və belə də oldu. Azərbaycan Ordusu mülki əhaliyə qarşı müharibə aparmamışdır, bunu hər kəs bilir və görür”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
OXŞAR XƏBƏRLƏR