Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » BQXK avtomobillərinin Laçındakı məntəqədən keçidi müvəqqəti dayandırılıb - Rəsmi

BQXK avtomobillərinin Laçındakı məntəqədən keçidi müvəqqəti dayandırılıb - Rəsmi

BQXK avtomobillərinin Laçındakı məntəqədən keçidi müvəqqəti dayandırılıb - Rəsmi
2023-07-11 , 11:43

“BQXK-ya məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm də ölkəmizin humanitar təşkilat olan BQXK-ya olan etimadından sui-istifadə olunmasıdır”.

Yenilik.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında qeyd edilib.
Bildirilib ki, qaçaqmalçılıq faktları ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb.
Bütün qaçaqmalçılıq faktları yerində əməliyyat çəkilişləri ilə sənədləşdirilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.