Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İcra başçısının qardaşının intiharı ilə bağlı - Rəsmi açıqlama

İcra başçısının qardaşının intiharı ilə bağlı - Rəsmi açıqlama

İcra başçısının qardaşının intiharı ilə bağlı - Rəsmi açıqlama
2023-07-27 , 16:25

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun intiharı ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, iyulun 26-sı saat 17 radələrində Kürdəmir rayonu, Pirəköçə kənd sakini 1975-ci il təvəllüdlü Azər Qaraşovun odlu silahdan açılmış atəş nəticəsində almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılmaqla istintaq aparılır.
Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyəti açıqlama yayaraq hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirmişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.