Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Vladimir Putin Mehriban Əliyevanı təbrik edib

Vladimir Putin Mehriban Əliyevanı təbrik edib

Vladimir Putin Mehriban Əliyevanı təbrik edib
2023-08-26 , 13:27

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Yenilikxəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli Mehriban Arif qızı.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. Əminəm ki, konstruktiv çoxplanlı əlaqələrin gələcək inkişafı da Rusiya və Azərbaycanın dost xalqlarının maraqlarına tam cavab verəcək.
Hörmətli Mehriban Arif qızı, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah və dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.