Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » MN iki məlumatı təkzib etdi - AÇIQLAMA

MN iki məlumatı təkzib etdi - AÇIQLAMA

MN iki məlumatı təkzib etdi - AÇIQLAMA
2023-09-20 , 07:48

"Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən yaşayış məntəqələrinin atəşə tutulması ilə bağlı yayılan dezinformasiyanı qəti surətdə təkzib edirik".

Bunu Azərbaycanın Müdafiə Nazirliyi teleqramda bildirib.
"Silahlı Qüvvələrimiz yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəfləri zərərsizləşdirir", - müdafiə qurumu vurğulayıb.
Həmçinin bildirilib ki, Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar tamamilə yalandır:
"Beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə yayılan bu məlumatı qəti surətdə təkzib edirik".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.