“Rusiya ilə ikitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil”

“İkitərəfli münasibətlərdə (Rusiya ilə - red.) həll oluna bilməyən məsələ mövcud deyil və uzun müddətdir ki, belədir. Hətta müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalanandan əvvəl də belə deyildi”.
“Biz qarşılıqlı hörmət, qarşılıqlı anlayış, qarşılıqlı maraqların gözlənilməsi və uzun əsrlər boyu xalqlarımız arasında əlaqələrə əsaslanaraq bu münasibətləri formalaşdırırıq. Doğrudan da son dövrlərdə yüksək səviyyəli görüşlərin intensivliyi artıb, buna böyük ehtiyac var. Biz apreldə Moskvada, bu ayın əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində görüşmüşük (Rusiya Prezidenti Vladimir Putinlə – red.) və güman ki, ilin sonuna qədər yenə görüşlər olacaq, mövzular çox genişdir”, - deyə dövlət başçısı əlavə edib.
OXŞAR XƏBƏRLƏR