Tokayev COP29-un keçirilməsində İlham Əliyevə uğurlar arzulayıb
“Ölkələrimiz qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək üçün böyük imkanlara malikdir. Ekologiya və iqlim dəyişikliyinin nəticələri ilə mübarizə sahəsində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir”.
Kasım-Jomart Tokayev deyib: “Biz oxşar çağırışlarla üzləşirik, ona görə də qarşılıqlı fəaliyyətin genişləndirilməsi, koordinasiyanın artırılması və iqlim gündəliyi üzrə təcrübə mübadiləsi xüsusi əhəmiyyətə malikdir. Fürsətdən istifadə edərək, Azərbaycan Prezidentinə, hörmətli dostumuz İlham Heydər oğluna bu payız COP29 qlobal iqlim konfransının keçirilməsində uğurlar arzulayıram”.
OXŞAR XƏBƏRLƏR