Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Prezident İlham Əliyev: Azərbaycan Rusiya ilə qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnundur

Prezident İlham Əliyev: Azərbaycan Rusiya ilə qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnundur

Prezident İlham Əliyev: Azərbaycan Rusiya ilə qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnundur
2024-08-19 , 14:07

Biz ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnunuq.

 
Yenilik.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə avqustun 19-da məhdud tərkibdə keçirilən görüşdə söyləyib.
 
Dövlətimizin başçısı bildirib: “Qeyd etmək istərdim ki, biz ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnunuq. 2022-ci ilin fevralında imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə uğurla yerinə yetirilir, həm siyasi, həm də iqtisadi sahədə çox müsbət dinamika, yaxşı rəqəmlər görürük. Əlbəttə, həm energetika, həm də nəqliyyat sahələrində əməkdaşlıq edirik, humanitar əlaqələrə, həmçinin bir çox digər sahələrə xüsusi diqqət yetiririk”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.