Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Azərbaycanı təbrik etdilər - Yenilənib

Azərbaycanı təbrik etdilər - Yenilənib

Azərbaycanı təbrik etdilər - Yenilənib
2024-10-18 , 14:24

Türkiyənin Xarici İşlər Nazirliyi 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə XİN-in “X” hesabında edilən paylaşımda deyilir:
“Dost və qardaş Azərbaycanın Müstəqilliyin Bərpası Günü mübarək olsun!”
***
İranın Azərbaycandakı Səfirliyi də ölkəmizi Müstəqilliyin Bərpası Günü ilə bağlı təbrik edib.
Bu barədə səfirliyin “X” hesabında paylaşım edilib. 
***
Bununla yanaşı, ABŞ-nin Bakıdakı Səfirliyi də Müstəqilliyin Bərpası Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib: “ABŞ Səfirliyi müstəqilliyinin bərpasının 33-cü ildönümü münasibətilə Azərbaycan xalqına ən xoş arzularını və təbriklərini çatdırır”.
***
İsrailin Bakıdakı Səfirliyi “X” hesabında yazıb: “Xalqın öz müstəqilliyini bərpa etdiyi bu tarixi gündə, 18 Oktyabrda azərbaycanlıların mətanət və azadlıq ruhunu uca tuturuq”.
***
Böyük Britaniyanın Azərbaycandakı səfiri:
“1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini bərpa etdi. Son 33 ildə Azərbaycan bir dövlət kimi böyük inkişafa nail olmuşdur. Bu möhtəşəm bayram münasibətilə hamınızı təbrik edirəm!”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.