Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » “Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resurslarla xalqımıza qara yaxırlar”

“Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resurslarla xalqımıza qara yaxırlar”

“Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resurslarla xalqımıza qara yaxırlar”
2024-12-18 , 17:15

“Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz”.

Yenilik.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.
“Bunu edə bilməz. Nə üçün? Axı biz ABŞ mediasını maliyyələşdirmirik. Düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin? Belə ki, onlar “Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar”, - Azərbaycan lideri vurğulayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.