Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Pensiya, müavinət və təqaüdlər artırıldı

Pensiya, müavinət və təqaüdlər artırıldı

Pensiya, müavinət və təqaüdlər artırıldı
2024-12-23 , 20:16

Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq.

Yenilik.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.
Həmçinin sosial müavinətlərin və təqaüdlərin məbləğləri də artırılacaq.
Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.
Qeyd edək ki, hazırda minimum pensiya məbləği 280 manatdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.