Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » “Onun COP-da iştirak etməməsi çoxsaylı suallar doğurur”

“Onun COP-da iştirak etməməsi çoxsaylı suallar doğurur”

“Onun COP-da iştirak etməməsi çoxsaylı suallar doğurur”
2025-01-07 , 22:00

“Bildiyimə görə, bu (COP29), Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi”.

yenilik.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
COP29-un təşkilat komitəsinin Avropa Komissiyası ilə təmas qurduğunu və qarşı tərəfə Bakıya səfər etmək üçün kifayət qədər vaxtın olduğunu bildirdiyini söyləyən dövlət başçısı diqqətə çatdırıb: “Ancaq yenə də bu mesaja Avropa Komissiyası tərəfindən əhəmiyyət verilmədi. Əlbəttə bu, COP29-un keçirilməsinə xələl gətirmədi, ancaq COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının iştirak etməməsi çoxsaylı suallar doğurur”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.