Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Bakıda 10 yeni metro stansiyası inşa ediləcək - Prezident açıqladı

Bakıda 10 yeni metro stansiyası inşa ediləcək - Prezident açıqladı

Bakıda 10 yeni metro stansiyası inşa ediləcək - Prezident açıqladı
2025-01-07 , 22:10

“Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və mənim göstərişimlə 10 yeni metro stansiyası inşa ediləcək”.

Yenilik.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısı, eyni zamanda, qeyd edib ki, bununla bərabər, Bakı şəhərində yeni yol infrastruktur layihələrini icra etmək üçün artıq ilk 7-8 layihə seçilib, beynəlxalq mütəxəssislər cəlb edilib.
Bakı şəhərinin avtobus parkının elektrobuslarla əvəzlənməsi prosesinin də başladığını vurğulayan Prezident bildirib: “Biz artıq 150-dən çox yeni elektrobus gətirmişik və eyni zamanda, bu il Azərbaycanda yerli elektrobus istehsalı da başlanacaq”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.