Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Prezident Şahin Bağırovu təltif etdi

Prezident Şahin Bağırovu təltif etdi

Prezident Şahin Bağırovu təltif etdi
2025-01-11 , 14:55

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırovu təltif edib.


Yenilik.az xəbər verir ki, dövlət başçısının imzaladığı Sərəncama əsasən, Şahin Soltan oğlu Bağırov 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, Azərbaycanda gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və gömrük orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu ordenə layiq görülüb.

Qeyd edək ki, sabah Şahin Bağırovun 60 illik yubileyidir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.