Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Azərbaycan Prezidenti Donald Trampa başsağlığı verdi

Azərbaycan Prezidenti Donald Trampa başsağlığı verdi

Azərbaycan Prezidenti Donald Trampa başsağlığı verdi
2025-01-30 , 15:19

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı verib.

 
Yenilik.az xəbər verir ki, başsağlığında deyilir:
 
"Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopter ilə toqquşması nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi.
 
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.