Prezidentdən ölkəmizi hədəf alanlara SƏRT CAVAB
Qlobal Bakı Forumunun açılışında dövlət başçısı İlham Əliyevin Brüsselin və digər mərkəzlərin ünvanına söylədikləri haqlı fikirlər Qərblə münasibətlərə necə təsir edəcək? - şərh
Prezident İlham Əliyev martın 13-də keçirilən XII Qlobal Bakı Forumunun açılış mərasimində Qərbin ünvanına sərt tənqidlər səsləndirib. “Yeni Müsavat” bildirir ki, dövlət başçısı ilk növbədə ABŞ-ın keçmiş administrasiyasının siyasətinin Azərbaycanla münasibətlərə vurduğu ziyandan söz açıb.Prezident qeyd edib ki, Azərbaycan bölgədən çıxandan sonra onlar (ABŞ - E.S) bizə sanksiya tətbiq etdi və bu, böyük məyusluq yaratdı. Ölkə başçısı həmçinin onilliklərlə erməni diasporunu dəstəkləyən, korrupsiyaya uğramış amerikalı siyasətçilərdən danışıb. Onun sözlərinə görə, Azərbaycan bu məsələləri Ermənistan nümayəndələri ilə, onların Brüsseldə əyləşən yeni rəhbərləri ilə qaldırır: “İndi onlar böyük qardaşını dəyişiblər. İndi həmin o böyük qardaş Brüsseldir. Prezident Tramp Dövlət Departamentində belə bir addım atdı ki, USAİD ləğv olundu, korrupsiyaya uğramış siyasətçi Robert Menendes də cəzalandırıldı. Amma o, sonuncu olmalı deyil. Yəni necə deyərlər, bir qaranquşla bahar olmaz. Çünki pulları onlardan alıb ciblərinə qoyurlar. Məsələn, cənab Adam Şif, cənab Frank Pallone, xanım Nensi Pelosi və bir çox digərləri. Onlar onilliklərlə erməni diaspor təşkilatlarından o pulları alırdılar ki, Azərbaycana hücum çəksinlər, gözdən salsınlar”.
Prezident çıxışında Avropa İttifaqının Cənubi Qafqazdakı fəaliyyətinə də toxunub. “Ermənistana təchiz olunan məhvedici silahlar bizə qarşı yönəlir. Bəlkə də onlar bu gün başqa yerlərdə lazımlı olar. Amma o silahlar Ermənistana göndərilir”, - deyə dövlət başçısı bəyan edib. Dövlət başçısı eyni zamanda qeyd edib ki, Avropanın monitorinq missiyası əslində Avropa İttifaqının kəşfiyyat missiyasıdır. “Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında”.
Dövlət başçısı vurğulayıb ki, bəzən sülhə nail olmaq, ədaləti bərpa etmək üçün gücdən istifadə etməlisiniz. “Biz görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir. Biz görürük ki, bəzi ölkələr öz resurslarını hərbi potensialının, infrastrukturunun gücləndirilməsi üçün sərf edir. Biz bunu ən azı 20 ildir edirik - 2005-ci ildən etibarən. Həmin vaxtdan etibarən güclü ordu yaratdıq. O ordu əraziləri azad etdi, separatçılığa son qoydu və beləliklə, ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub. Bu, nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən bu, beynəlxalq ədaləti nümayiş etdirir”, - deyə Prezident əlavə edib.
İ.Əliyev COP29-la bağlı da xatırladıb ki, bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu. Prezident Əliyev bunlar arasında ABŞ-ın Dövlət Departamentinin, saxta xəbərlər yayan “Washington Post”, “New York Times”, “News Week”, “Politico”, “Associated Press”in, Fransanın Prezident ofisinin, “Le Figaro” və “Le Monde” qəzetlərinin olduğunu vurğulayıb. Qeyd etmək lazımdır ki, prezidentin səsləndirdiyi tənqidlər kifayət qədər əsaslıdır. Onu da diqqətdən qaçırmaq olmaz ki, ölkə başçısı ABŞ-ın yeni rəhbərliyinin addımlarını təqdir edir. Bu açıqlamalar Bakının Qərblə münasibətlərinə necə təsir edəcək? Azərbaycan Aİ və ABŞ ilə əlaqələrinin gələcəyinə hansı prizmadan baxır?
Suallarımızı cavablandıran YAP-ın deputatı Elman Nəsirov bildirdi ki, dövlət başçısı Vaşinqton-Bakı münasibətləri haqda acı həqiqətləri dilə gətirib. Onun sözlərinə görə, məhz Bayden iqtidarının obyektivlikdən uzaq siyasəti münasibətlərdə ziddiyyət yaratdı. “Xüsusən də Blinkenin çıxışları və addımları bu əlaqələrə mənfi təsir edib. Xatırladım ki, ötən il Şuşada keçirilən media forumunda prezident Amerikada keçiriləcək seçkilərdən danışmışdı və düzgün proqnoz vermişdi. Eləcə də Rusiya mediasına müsahibəsində də oxşar mövqedən çıxış edərək demişdi ki, Trampın ilk rəhbərliyi dövründə əlaqələrimiz normal olub, strateji məsələlərdə mövqelərimiz üst-üstə düşüb. Yəni ABŞ-Azərbaycan münasibətlərini korlayan keçmiş administrasiyadır”, - deyə parlamentin üzvü “Yeni Müsavat”a açıqladı.
E.Nəsirov vurğuladı ki, prezident o zaman açıq mətnlə Vaşinqtona mesaj vermişdi və gözləntilərini çatdırmışdı: “Azərbaycan istəyir ki, Trampın ilk iqtidarı dövründə Birləşmiş Ştatlarla formalaşmış münasibətlər bu gün də inkişaf etsin. Çünki həmin dönəmdə əlaqələrimiz yaxşı idi”. Deputat söylədi ki, prezident forumda Brüsselin İrəvana verdiyi dəstəyi qeyd etməklə daha bir əhəmiyyətli məsələyə toxunub: “Ermənistan Bayden iqtidarından sonra Avropa İttifaqına bel bağlayır. Halbuki Qərbin Ermənistanı silahlandırması və digər təxribatçı addımları regionda sülhə xidmət etmir. Prezidentin Brüsselin addımlarını vurğulaması da xüsusi məsələdir. Çünki Ermənistan Tramp hakimiyyətindən o dəstəyi gözləmir. Ermənistanın əsas maliyyə mənbəyi USAİD idi, son dəfə 200 milyon dollar ayırmışdı, o da bağlandı. Bu təşkilatın ləğvindən sonra İrəvan maliyyə problemi yaranacağı üçün üzünü Vaşinqtona deyil, Brüsselə tutub. Lakin Paşinyan hakimiyyəti bir məqamı unudub ki, Aİ özü ABŞ-dan asılıdır”.
Deputat əlavə etdi ki, prezident Cənubi Qafqazda sülh prosesinə xələl gətirən Aİ-nin “mülki missiyası”nın da adını çəkdi: “Dövlət başçısı açıq formada dedi ki, adını mülki missiya qoyduqları əslində kəşfiyyat missiyasıdır. Cənab prezident onu da dedi ki, casus missiyası gecə-gündüz kəşfiyyat aparır, çalışırlar ki, haradansa girə bilsinlər. Onu da vurğulayaq ki, bu missiyanın adını təkcə Avropa Birliyi ilə bağlamaq olmaz. Onun tərkibinə Kanada da qoşulub. Halbuki bu ölkə NATO üzvüdür. Deməli, kəşfiyyat missiyası sözügedən alyansın missiyasına çevrilib. Eləcə də NATO üzvü Niderland da Ermənistanla strateji tərəfdaşlıq sənədi imzalayıb. Bu isə bölgədə sülhə müsbət heç nə vəd etmir”.
OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Antoni Blinkenin siyasəti ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi"
“Blinkenin siyasəti ABŞ ilə münasibətlərimizi heçə endirdi”
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55