Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » “Bizə müraciət edirlər ki, borca pul alsınlar” - Video

“Bizə müraciət edirlər ki, borca pul alsınlar” - Video

“Bizə müraciət edirlər ki, borca pul alsınlar” - Video
2025-04-10 , 12:41

“Azərbaycan beynəlxalq maliyyə təsisatlarından aslılığını tamamilə azaltmışdır”.

Bunu Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda bildirib.
“Biz Beynəlxalq Valyuta Fondu ilə münasibətləri mənim ilk prezidentliyim dövründə dayandırdıq. Digər maliyyə təsisatları ilə bağlı isə biz əməkdaşlığımızı tam dayandırmışıq. Bizim xarici borcumuz cəmi 5 milyard ABŞ dolları həcmindədir. Yəni bu, bizim ümumi daxili məhsulumuzun 7 faizindən az rəqəmdir.
Bu, onu göstərir ki, bizim xarici sərmayələrə maliyyələşmə ehtiyacımız yoxdur. Əksinə bəzi maliyyə institutları bizə müraciət edir ki, bizdən borca pul alsınlar. Biz bunun üzərində çalışrıq, biz əlbəttə ki, tamamilə portfelimizi sıfıra endirmək istəmirik. Maliyyə institutları ilə bağlı bizim əsas tərəfdaşlarımızdan Asiya İnfrastruktur və Sərmayə Bankı ilə əməkdaşlığımızı qeyd edə bilərəm. Bu da Çinin təşəbbüsü ilə təsis edilmiş bir bankdır”, - deyə Prezident bildirib.






Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.