Mehriban Əliyeva qızı və nəvələri ilə Böyük Xalq Sarayında - Fotolar

Aprelin 23-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar.
Çinin qurulmasının 10-cu ildönümü ilə əlaqədar inşa edilmiş Böyük Xalq Sarayı 1959-cu ildə istifadəyə verilib. Çin xalqının milli birliyinin rəmzi olaraq dizayn edilmiş saray 3 hissədən ibarətdir. Kompleksə Böyük və Əsas auditoriumlar, Konqres, ziyafət, rəsmi qonaqların qarşılanması zalları, Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin ofis binası daxildir. Böyük Xalq Sarayında Çinin hər bölgəsinin adına zallar var.
Saray dövlət tədbirlərinin olmadığı vaxtlarda, ayın müəyyən günlərində ictimaiyyətin ziyarəti üçün açıq olur.











OXŞAR XƏBƏRLƏR