Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Maya Sandu Prezident İlham Əliyevi təbrik edib

Maya Sandu Prezident İlham Əliyevi təbrik edib

Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
2025-05-28 , 16:00

Moldova Respublikasının Prezidenti Maya Sandu Prezident İlham Əliyevə təbrik məktubu yollayıb.

Yenilik.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram. Ölkənizə davamlı tərəqqi, firavanlıq və əmin-amanlıq arzulayıram.
Sizi Avropa Siyasi Birliyinin Tiranada keçirilən Zirvə toplantısı zamanı görməkdən çox məmnun oldum.
Moldova Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətləndirir və mən ikitərəfli dialoqumuzun möhkəmləndirilməsinə sadiqliyimizi bir daha təsdiq edirəm.
Əminəm ki, birgə səylərimizlə biz vətəndaşlarımızın qarşılıqlı rifahı naminə enerji, nəqliyyat, kənd təsərrüfatı, ticarət və investisiya kimi əsas sahələrdə əməkdaşlığımızın bütün potensialını üzə çıxarmağa davam edə bilərik.
Cənab Prezident, ən xoş arzularımı və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.