Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Prezidentdən təhsillə bağlı vacib QƏRAR

Prezidentdən təhsillə bağlı vacib QƏRAR

Prezidentdən təhsillə bağlı vacib QƏRAR
2025-07-21 , 18:14

Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir.


Yenilik.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Belə ki, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələrinin də məktəbəqədər uşaqların təhsili ilə məşğul olan müəssisələrin siyahısına əlavə edilib.

Məktəbəhazırlıq məktəbəqədər təhsil müəssisələri, ümumi təhsil müəssisələri ilə yanaşı, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək.

Bundan başqa, məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil müəssisələrinin müvafiq strukturları ilə yanaşı, məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək.

Vurğulanır ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına əsasən, məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri (icma əsaslı məktəbəqədər təhsil, valideyn-dövlət-özəl əməkdaşlığı və s.) əsasında əhatəliliyin artırılması nəzərdə tutulub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.