Yenilik.Az
www.Yenilik.Az » Rəsmi »   Ağ Evdə tarixi görüş BAŞLADI - CANLI

 

Ağ Evdə tarixi görüş BAŞLADI - CANLI

 

Ağ Evdə tarixi görüş BAŞLADI - CANLI
2025-08-08 , 23:50

Bu dəqiqələrdə Vaşinqtonda ABŞ lideri Donald Trampla Azərbaycan Prezidenti İlham Əliyevin görüşü başlayıb.
Musavat.com xəbər verir ki, İlham Əliyev bir neçə dəqiqə öncə Ağ Evə gəlib.
Tramp Azərbaycan prezidentini yüksək səviyyədə qarşılayıb.
***
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Ağ Evdə tarixi görüşləri olacaq.


Musavat.com-un məlumatına görə, artıq Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar başlayıb.
ABŞ Prezidenti Donald Tramp Ermənistan Baş naziri Nikol Paşinyanı Ağ Ev qarşısında rəsmi şəkildə qarşılayıb.
Qeyd edək ki,  Azərbaycanın nümayəndə heyəti artıq Ağ evdədir.  Onlar arasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov yer alıb.

Sözügdən tarixi görüşü canlı olaraq təqdim edirik:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.