Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İlham Əliyev Donald Trampa təşəkkür etdi

İlham Əliyev Donald Trampa təşəkkür etdi

İlham Əliyev Donald Trampa təşəkkür etdi
2025-09-17 , 16:08

Prezident İlham Əliyev ABŞ lideri Donald Trampa təşəkkür edib.

Yenilik.az xəbər verir ki, Prezident bu barədə “X” hesabında paylaşım edib.
“Prezident Donald Tramp, “TruthSocial” hesabınızda paylaşdığınız xoş sözlərinizə görə minnətdaram. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində və tarixi Vaşinqton sammitinə ev sahibliyi etməyinizdə oynadığınız önəmli rolu yüksək qiymətləndirirəm. Azərbaycan ilə ABŞ arasında əbədi dostluğun və formalaşmaqda olan strateji tərəfdaşlığın memarısınız. Dostluğumuzu yüksək qiymətləndirirəm” – paylaşımda qeyd olunub.
Xatırladaq ki, D.Tramp dünən “TruthSocial” sosial şəbəkə hesabında Azərbaycanla bağlı növbəti dəfə paylaşım edib.
 

 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.