Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Prezident: “Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib”

Prezident: “Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib”

Prezident: “Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib”
2025-09-22 , 10:30

Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib.

Yenilik.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) iştirakçılarına müraciətində bildirib.
“2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7% artıb və onun ümumi iqtisadiyyatda payı 68%-ə yüksəlib. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin əyani göstəricisidir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, bütün bu nailiyyətlər ölkədə müasir istehsal infrastrukturunun qurulması ilə dəstəklənib: “Hazırda bizdə 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir. Burada 171 müəssisə qeydiyyata alınıb, onların 98-i artıq istehsal fəaliyyətinə başlayıb. Sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb, burada 11 minə yaxın daimi iş yeri yaradılıb”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.