Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » “İndi Vaşinqtona tamamilə yeni gündəm mesajı ilə gəlirəm”

“İndi Vaşinqtona tamamilə yeni gündəm mesajı ilə gəlirəm”

“İndi Vaşinqtona tamamilə yeni gündəm mesajı ilə gəlirəm”
2025-09-24 , 12:27

“Mən əvvəllər Vaşinqtona gələrkən həmişə Ermənistan-Azərbaycan münaqişəsi barədə danışırdım. Amma indi mən bu paytaxta tamamilə yeni gündəm mesajı ilə gəlirəm”.

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nyu-Yorkda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumunda deyib.
“Ancaq bu münaqişə bitdi. Həmçinin, fürsətdən istifadə edərək bildirirəm ki, liderlik rolunu öz üzərinə götürdüyünə və bu münaqişənin həllində son nəticəyə gətirib çıxardığına görə Prezident Trampa və bu hökumətə son dərəcə minnətdarıq. İndi bölgədə əsaslı sülh var”, - deyə Hikmət Hacıyev qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.