Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » “AZAL təyyarəsinin qəzaya uğramasının bir neçə səbəbi var”

“AZAL təyyarəsinin qəzaya uğramasının bir neçə səbəbi var”

“AZAL təyyarəsinin qəzaya uğramasının bir neçə səbəbi var”
2025-10-09 , 17:39

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə AZAL təyyarəsinin qəzaya uğramasına səbəb olan bir sıra halları açıqlayıb.

Yenilik.az xəbər verir ki, Rusiya lideri deyib:
“Birincisi ondan ibarətdir ki, səmada məhz Ukraynaya məxsus pilotsuz uçuş aparatı olub. Biz faciə baş verən gecə Rusiya Federasiyasının sərhədini keçən üç pilotsuz təyyarəni idarə edirdik. İkinci səbəb isə Rusiyanın hava hücumundan müdafiə sisteminin özündə texniki nasazlıqlardır”.
Onun sözlərinə görə, buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib – əgər bu baş versəydi, təyyarə elə yerindəcə məhv olardı.
O vurğulayıb ki, zərbə məhvedici döyüş elementləri ilə vurulmayıb, yəqin ki, raketlərin özlərinin parçaları ilə dəyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.