Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İlham Əliyev Rəhmonla təkbətək görüşdü

İlham Əliyev Rəhmonla təkbətək görüşdü

İlham Əliyev Rəhmonla təkbətək görüşdü
2025-10-10 , 10:20

Bu gün Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.

Yenilik.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
***
Söhbət zamanı iki ölkənin dövlət başçılarının Azərbaycanda və Tacikistanda həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşləri məmnunluqla xatırlanıb, yüksəksəviyyəli qarşılıqlı səfərlərin müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi işinə verdiyi töhfəyə toxunulub.
MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasının aktual məsələlərin müzakirəsinə yaxşı imkan yaratdığı qeyd edilib.
Görüşdə Azərbaycan və Tacikistan prezidentləri əlaqələrimizin uğurla inkişaf etdiyini vurğulayıblar və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.






Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.