Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Azərbaycanın bu ölkədə səfirliyi yaradıldı – SƏRƏNCAM

Azərbaycanın bu ölkədə səfirliyi yaradıldı – SƏRƏNCAM

Azərbaycanın bu ölkədə səfirliyi yaradıldı – SƏRƏNCAM
2025-10-17 , 19:00

Azərbaycanın Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyi təsis edilib.

Tribuna İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin;
1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etsin”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.