Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Prezident bu şəxslərə verilən pulun məbləğini 50 faiz artırdı - FƏRMAN

Prezident bu şəxslərə verilən pulun məbləğini 50 faiz artırdı - FƏRMAN

Prezident bu şəxslərə verilən pulun məbləğini 50 faiz artırdı - FƏRMAN
2025-10-22 , 15:44

Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi artırılıb.


Yenilik.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manatdan otuz manata qaldırılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.