Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Hikmət Hacıyev Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı qismində qəbul edilməsi ilə bağlı paylaşım edib

Hikmət Hacıyev Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı qismində qəbul edilməsi ilə bağlı paylaşım edib

Hikmət Hacıyev Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı qismində qəbul edilməsi ilə bağlı paylaşım edib
2025-11-16 , 14:40

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya+Azərbaycan" formatında 7-ci Məşvərət görüşü bağlı daha bir paylaşım edib.

 
 Paylaşımda yazılanları təqdim edirik:
 
“Mərkəzi Asiya Dövlət Başçılarının Qərarına əsasən Azərbaycan tamhüquqlu üzv qismində qəbul edildi. Qardaşlıq əlaqələrimiz və tarixi irsimiz siyasi-geosiyasi və geo-iqtisadi birliyə çevrilir. Bu andan etibarən, Mərkəzi Asiya “6” kimi çıxış edir”.
 
Paylaşımda Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı haqqında sənəd də təqdim olunub:
 
Azərbaycan tərəfinin müraciəti nəzərdən keçirilərək, Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı qismində qəbul edilməsi qərara alınır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.