Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Özbəkistan Prezidenti: "Azərbaycanın üzvlüyü ilə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq"

Özbəkistan Prezidenti: "Azərbaycanın üzvlüyü ilə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq"

Özbəkistan Prezidenti:
2025-11-16 , 10:45

Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq.

 
Bunu Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü qəbul edilməsi ilə bağlı danışarkən bildirib.
 
“Şübhəsiz ki, hər iki bölgənin strateji qarşılıqlı əlaqəsini və dayanıqlığını gücləndirəcək vahid əməkdaşlıq məkanının formalaşması istiqamətində çalışacağıq. Bu vacib qərarı verdiyinə görə bütün hörmətli həmkarlarıma səmimi qəlbdən təşəkkür etmək və məşvərət görüşünə tamhüquqlu iştirakçı kimi qoşulması münasibətilə Prezident İlham Əliyevi təbrik etmək istəyirəm”, - deyə Özbəkistan Respublikasının Prezidenti bildirib.
 
Qazaxıstan Prezidenti Azərbaycanın bu formata qəbul edilməsi münasibətilə hamını təbrik edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.