Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İlham Əliyev: Vaşinqton razılaşmaları regionun tranzit imkanlarını genişləndirəcək

İlham Əliyev: Vaşinqton razılaşmaları regionun tranzit imkanlarını genişləndirəcək

İlham Əliyev: Vaşinqton razılaşmaları regionun tranzit imkanlarını genişləndirəcək
2025-11-16 , 15:30

Azərbaycan Prezidenti İlham Əliyev 8 avqust Vaşinqton sammiti nəticəsində Bakı və İrəvan arasında əldə edilmiş razılaşmaların regionun tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Yenilik.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən deyib.
“Əminəm ki, avqustda Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikasının birləşdirilməsi üzrə Vaşinqton razılaşmaları beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə kömək edəcək”, – deyə o bildirib.
Prezident qeyd edib ki, Azərbaycan ərazisində Zəngəzur dəhlizinin tikintisi tamamlanmaq üzrədir və ilkin mərhələdə onun buraxılış qabiliyyəti 15 milyon ton təşkil edəcək:
“Bu dəmir yolu Orta Dəhlizin mühüm arteriyası olacaq. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomobil yolunun tikintisi də tamamlanmaq üzrədir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.