Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Hikmət Hacıyev: Azərbaycan TDT çərçivəsində çoxşaxəli əməkdaşlıq aparır

Hikmət Hacıyev: Azərbaycan TDT çərçivəsində çoxşaxəli əməkdaşlıq aparır

Hikmət Hacıyev: Azərbaycan TDT çərçivəsində çoxşaxəli əməkdaşlıq aparır
2025-11-24 , 22:35

Türk dünyası bu gün bir araya gəlir.

 
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətlər Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda bildirib.
 
“İnsanlararası təmasların vacib tərkib hissəsi və aparıcı qüvvəsi olan qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının bir araya gəlməsi bu əməkdaşlığın əsasını qoyur və bundan sonrakı fəaliyyət üçün möhkəm zəmin yaradır”,- o qeyd edib.
 
O əlavə edib ki, TDT çərçivəsində Azərbaycanın çoxşaxəli əməkdaşlığı var:
 
“34 istiqamət üzrə dövlət təşkilatlarını bir araya gətirən müxtəlif formatlar mövcuddur, lakin qeyri-hökumət təşkilatlarını birləşdirən belə bir format indiyədək olmamışdı. Bu gün böyük məmnuniyyətlə deyə bilərik ki, türk dünyasını bir araya gətirən, insanlararası təmasların vacib tərkibi və aparıcı qüvvəsi olan qeyri-hökumət təşkilatları, sivil vətəndaş cəmiyyəti təşkilatları ilə birlikdə bu formatın əsası yaradılır”, - deyə Hikmət Hacıyev bildirib.
 
APA

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.