“Prezidentin bu ölkəyə səfəri mühüm siyasi əhəmiyyət daşıyır”
Azərbaycan bütün ölkələrlə həm ikitərəfli münasibətlər əsasında, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. İslam dünyası ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Bu kontekstdə Azərbaycan-BƏƏ əlaqələri hər zaman müsbət inkişaf dinamikası ilə diqqət çəkib. Yüksəksəviyyəli dialoq mühitində dərinləşən münasibətlər siyasi, iqtisadi və mədəni əməkdaşlıq sahələrində özünü aydın göstərməkdədir. İslam dünyasının zəngin ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirlikləri BMT-nin, İƏT-nin və digər beynəlxalq təşkilatların toplantılarında daim Azərbaycanın haqq işini müdafiə edib.
Dekabrın 17-si Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri iki ölkə arasında son illərdə ardıcıl şəkildə formalaşan strateji tərəfdaşlıq münasibətlərinin məntiqi davamı kimi mühüm siyasi əhəmiyyət daşıyır. Bu səfər təkcə ikitərəfli gündəlikdə duran məsələlərin müzakirəsi baxımından deyil, eyni zamanda, Azərbaycanın Yaxın Şərq və Körfəz regionu ilə əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsi kontekstində də xüsusi önəm kəsb edir.
Prezident İlham Əliyevin Əbu-Dabidə keçirilən “Gələcəyin Oyunları 2025” adlı qlobal idman turnirinin açılış mərasimində iştirakı iki ölkə arasında mövcud olan yüksəksəviyyəli siyasi dialoqun və qarşılıqlı etimadın bariz göstəricisidir.
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın əsas sütunlarından biri enerji sahəsində əməkdaşlıqdır. Bu əməkdaşlıq artıq yalnız ənənəvi neft-qaz sektoru ilə məhdudlaşmır. Bərpaolunan enerji, yaşıl texnologiyalar və dayanıqlı enerji infrastrukturu istiqamətində planlaşdırılan və həyata keçirilən layihələr tərəflərin gələcəyə yönəlik inkişaf prioritetlərinin üst-üstə düşdüyünü nümayiş etdirir. Azərbaycanın yaşıl enerji potensialı və BƏƏ-nin bu sahədə qlobal təcrübəsi əməkdaşlığa yeni keyfiyyət və məzmun gətirir.
Qarşılıqlı investisiya sahəsində əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindən biridir. BƏƏ üçün Azərbaycan sabit siyasi mühitə, əlverişli investisiya imkanlarına və mühüm tranzit mövqeyinə malik etibarlı tərəfdaş kimi dəyərləndirilir. Nəqliyyat-logistika, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri BƏƏ şirkətlərinin xüsusi maraq dairəsindədir. Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi bu marağı daha da artıraraq ölkəmizin regional iqtisadi proseslərdə rolunu gücləndirir.
Siyasi və diplomatik müstəvidə Bakı ilə Əbu-Dabi arasında tam anlaşma mövcuddur. Hər iki dövlət beynəlxalq münasibətlərdə suverenliyə, ərazi bütövlüyünə, qarşılıqlı hörmətə və praqmatik əməkdaşlığa əsaslanan yanaşmanı bölüşür. Regional və qlobal təhlükəsizlik məsələləri ətrafında aparılan fikir mübadiləsi tərəflərin bir sıra fundamental mövzularda eyni mövqelərdən çıxış etdiyini göstərir.
Postmünaqişə dövründə Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma layihələri də Azərbaycan-BƏƏ əməkdaşlığı üçün yeni imkanlar açır. Yaşıl enerji zonalarının yaradılması, “ağıllı şəhər” və kənd konsepsiyalarının tətbiqi ilə bağlı aparılan müzakirələr bu əməkdaşlığın konkret və praktik nəticələr verəcəyinə əsaslı zəmin yaradır. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri Azərbaycanla BƏƏ arasında siyasi etimad, iqtisadi sinerji və gələcəyə yönəlik strateji baxış üzərində qurulan tərəfdaşlığın uzunmüddətli perspektivlərə malik olduğunu təsdiqləyir.

Prezident Özbəkistan mediasına müsahibə verib
Prezidentlər Birgə Bəyanat imzaladılar
Prezident İlham Əliyevin ABŞ səfəri: Yeni geosiyasi reallıqların təntənəsi TƏHLİL
Prezident “Kazinform”a müsahibə verdi - TAM MƏTN
“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Liderlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar+Yenilənib
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclası keçirilib Prezident İlham Əliyev tədbirdə çıxış edib - FOTO - YENİLƏNDİ
“Avropa ehtiyaclarını kimin ödəyəcəyi üçün Rusiya ilə rəqabət etmirik”
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55