Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Paşinyan İlham Əliyevə təşəkkür etdi

Paşinyan İlham Əliyevə təşəkkür etdi

Paşinyan İlham Əliyevə təşəkkür etdi
2025-12-22 , 07:40

Ermənistanın baş naziri Nikol Paşinyan yüklərin Azərbaycan ərazisindən tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.

Yenilik.az xəbər verir ki, Paşinyan bu barədə Avrasiya İqtisadi İttifaqının (Aİİ) liderlərinin iclasında çıxışı zamanı bildirib.
“Yüklərin Azərbaycan ərazisindən Ermənistan istiqamətində tranzitinin açılması, eləcə də ikitərəfli ticarətin başlanması üçün şəraitin yaradılması barədə qərara görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığımı bildirirəm”, – deyə Ermənistanın baş naziri vurğulayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.