Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Dmitri Medvedev İlham Əliyevi doğum günü münasibətilə təbrik etdi

Dmitri Medvedev İlham Əliyevi doğum günü münasibətilə təbrik etdi

Dmitri Medvedev İlham Əliyevi doğum günü münasibətilə təbrik etdi
2025-12-23 , 16:17

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Yenilik.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.
Sizin səyləriniz sayəsində Azərbaycan Respublikası dövlətçiliyinin möhkəmləndirilməsində və əhalisinin sosial-iqtisadi rifahının yaxşılaşdırılmasında nəzərəçarpan nəticələr əldə edib.
Ölkələrimizin xalqlarının mənafeyi naminə ikitərəfli əlaqələrin, həmçinin “Yedinaya Rossiya” Ümumrusiya Siyasi Partiyası və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın daha da dərinləşməsinə ümid edirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik diləyir və ən xoş arzularımı çatdırıram".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.