Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » “Balaca Heydərin iki oğlu var” - Prezident +Video

“Balaca Heydərin iki oğlu var” - Prezident +Video

“Balaca Heydərin iki oğlu var” - Prezident +Video
2025-12-25 , 06:53

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüblər. 

Yenilik.az xəbər verir ki, görüş zamanı Ağdam sakini ilə dövlət başçısı arasında maraqlı dialoq yaşanıb.
Maarif Hüseynov: Erməni sevinəcəkdi, deyəcəkdi, Qarabağ da bizimdir, elə Qarabağ atları da. Öpürəm Sizi, çox sağ olun. Sizə uzun ömür arzu edirəm. Balalarınız xoşbəxt olsun. O balaca Heydər Sizə həmişə dayaq olsun.
Mehriban xanım Əliyeva: Balaca Heydər artıq böyüyüb (gülür).
Maarif Hüseynov: Çox xoşbəxt olsunlar. Balaları ilə xoşbəxt olsun.
Mehriban xanım Əliyeva: Çox sağ olun.
Prezident İlham Əliyev: İki uşağı var.
Sakinlər: Allah saxlasın.
Prezident İlham Əliyev: İki oğul.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.