Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » “İsgəndər M” Şuşaya necə zərbə endirdi?” - İlham Əliyev

“İsgəndər M” Şuşaya necə zərbə endirdi?” - İlham Əliyev

“İsgəndər M” Şuşaya necə zərbə endirdi?” - İlham Əliyev
2025-12-25 , 06:56

“Bizim həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı nəticəsində Ermənistandan qənimət kimi götürdüyümüz və məhv etdiyimiz silahların pul dəyəri təqribən 5-6 milyard dollardır”.

Yenilik.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksinə köçən sakinlərlə görüşü zamanı deyib.
“Bunların dağılmış bəzi nümunələri Bakıda Hərbi Qənimətlər Parkında nümayiş etdirilir, o cümlədən “İsgəndər M” ballistik raketi, hansı ki, ümumiyyətlə, Ermənistanda olmamalı idi. Çünki “İsgəndər M” raketinin ixracı qadağandır. Əgər belə demək mümkündürsə, ixraca açıq olan “İsgəndər E”, yəni eksport növüdür. “İsgəndər M” raketi necə Şuşaya zərbə endirdi? Elə bu, böyük sualdır”, – deyə dövlət başçısı söyləyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.