“Prezidentin doğum günü Ağdamda yaşamın başlanğıc günü oldu”
İlham Əliyevin Qarabağla, qarabağlılarla qarşılıqlı sevgisini, bağlılığını, ehtiramını göstərən ən mühüm göstəricini bu məmləkətdə görməyən, bilməyən yoxdur. Prezident uzun illərdir doğum günlərini Qarabağla, qarabağlılarla bağlı məkanlarda qeyd edir.
Öncələrdə duyğusal, həzin, kövrək əhvalda, yeni salınmış köçkün qəsəbələrində keçən görüşlər artıq beş ildir ki, zəfər ruhunda, quruculuq ab-havasında, ən əsası Qarabağda baş tutur. Keçmiş köçkünlər onları öz ailəsi sayan Xilaskarlarını indi öz evlərində qarşılayır, Onun azad etdiyi torpaqlarda, Onun hədiyyəsi olan mənzillərdə Prezidenti təbrik edirlər.
İlham Əliyev bu dəfə də ənənəsini pozmadı, dünən doğum gününü Ağdamda qeyd etdi… Və Ağdam şəhərinin ilk yaşayış kompleksinin - 11 məhəlləli, 60 binalı, 1268 mənzilli massivin ilk sakinləri olan 104 ailənin təmsilçiləri ilə görüşdü…
Beləliklə, 24 dekabr Ağdamın tarixinə, ağdamlıların yaddaşına həm də dünyanın ən gözəl şəhərində məskunlaşmanın, yaşamın başlandığı ilk gün kimi həkk olundu.
.jpg)
Ağdamda rəsmən qeydiyyatda olan 205 min sakindən əlavə, məmləkətimizin və dünyanın dörd bir yanında yaşayan 100 mindən artıq insan da əslən Ağdamdandır. 300 min ağdamlı üçün 24 dekabr tarixi taleyin ən müqəddəs günlərindən birinə çevrildi.
Bu müqəddəs günü taleyimizə yazan, ağdamlıların nakam köçkünlük həyatını “ağdamlılar artıq köçkün deyillər” - sözü ilə bitirən İlham Əliyevə minnətdarlığa ən ecazkar söz, ən ülvi ifadə də yetməz!
27 il, 3 ay, 28 günün - 9982 günün ağrısını, itkisini bundan sonra əsrlər boyu nəsilbənəsil yaşadacaq ağdamlılıar, ümumiyyətlə isə külli qarabağlılar qədirbiləndir, onları köçkünlüyə məhkum edənləri də, onları yurdlarına qaytaranı da tanıyır və düzgün dəyərləndirir!
Keçmişi əsla unutmuruq… Ağdamlılar köçkünlük illərində çox məşəqqətlərə düçar oldular, həyatlarını sıfırdan qurmağa məcbur qaldılar, respublikanın 62 şəhər və rayonunda yataqxanalarda, yarımçıq tikililərdə məskunlaşdılar. Amma doğma torpaqlarına qayıdacaqlarına ümidlərini heç vaxt itirmədilər. Prezidentin himayəsi ilə yeni tikilmiş şəhərciklərdə evlərlə təmin edildilər. Elə Ağdamın dörddəbirində qalmış ərazini də İlham Əliyev abadlaşdırdı, yenidən qurdu, həm də 18 yeni qəsəbə saldı. Digər rayonlarda məskunlaşmış ağdamlıların 40 faizdən artığı bu qəsəbələrə qayıtdı.
.jpg)
Ağdam şəhəri kimi Gülablıdan Şotlanlıya, Sırxavənddən Mərziliyə, Əfətlidən Papravəndə, Əliağalıdan Şelliyə qədər yüzdən artıq kənd yerləyeksan edilmişdi. Qarşımızda iki Ağdam vardı... Erməni terrorunun dağıtdığı, daşı daş üstündə qalmayan Ağdam... Və İlham Əliyevin gülüstana çevirdiyi, abadlaşdırdığı, rifah gətirdiyi Ağdam...
Düşmənin Ağdamdan pərən-pərən saldığı, körpəsinin, qocasının əlindən tutub 62 rayon və şəhərə köçkün kimi səpələnən insanları İlham Əliyev Ağdamda yeni qəsəbələrə – dədə-baba yurdlarına yaxın ərazilərə qaytardı. İndi isə azad edilmiş Ağdama qaytarır…
Artıq Ağdamın Kəngərli, Sarıcalı, Xıdırlı kəndlərində məskunlaşma gedib, bu sıraya dünən şəhər də qoşuldu. Qarşıdakı illərdə bu proses daha dinamik, quruculuq işləri isə daha genişmiqyaslı aparılacaq 2030-cu ilədək Ağdam azad edilmiş bölgələrdə ən çox insanın yaşadığı rayona çevriləcək.
Hələ Ağdam azad ediləndən üç gün sonra Mehriban xanım Əliyeva ilə birgə bura gələn Prezident o zaman bu quruculuğun müjdəsini vermişdi: “Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik...”
.jpg)
Həmişə olduğu kimi Prezident bu dediyini də etdi, bu sözünü də tutdu, bunu da bacardı…
İlham Əliyev Ağdam əhalisi üçün prezidentlik statusundan qat-qat artıq yüksəklikdə dayanır. Heydər Əliyevdən başlayan, Onunla davam edən missiya və bu missiyaya etimad bu camaat üçün hansısa beş, onillik vəzifə səlahiyyətləri ilə məhdudlaşmır, məhdudlaşa da bilməz.
Vətəndə vətənsizliyi 27 il yaşayan insanlar onların iztirabına 44 gündə son qoyan KİŞİyə, onun daşdığı irsə borcu və bağlılığı seçki bülletenindəki etimad işarəsi ilə bitmiş saymır, saya da bilməz.
Ağdamın və ağdamlıların taleyindən Əliyevlər soyadı artıq 50 ildir qırmızı xəttlə keçir…
Ağdamın ən möhtəşəm dövrü ötən əsrin 70-80-ci illərindən başladı. Sovet dövrünün lüzumsuz məhdudiyyətləri, işgüzar insanlara yaradılan maneələr Ağdamda Heydər Əliyevin sayəsində minimuma endirildi. Heydər Əliyev Ağdamın timsalında Azərbaycanın ən varlı rayonlarından birini yaratdı.
İndi isə İlham Əliyev Ağdamı Azərbaycanın sənaye, ticarət, logistik, tranzit, aqrar mərkəzlərindən biri kimi yaradır. Şəhəri və ətraf kəndləri turizm məkanları kimi formalaşdırır.
.jpg)
Ağdamlıların dilində əzbərə çevrilən «balaca Heydər»ə - artıq dövlət idarəçiliyində təkmil təcrübə və məharət qazanmış iki oğul atası Heydər Əliyevə olan böyük məhəbbət də məhz bu səmimi ovqatdan, Xilaskarın irsinin davamılılığına olan milli zərurətdən irəli gəlir.
Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevlə bərabər Qarabağı qarış-qarış gəzən İlham Əliyevi bu gün Qarabağda – yeni açılışlarda, təməlqoyma mərasimlərində hərbi geyimli gənc Heydər müşayiət edir. Ağdamlılar, bütün xalq aydın görür ki, gənc Heydər babasının, atasının qurduğı Qüdrətli Azərbaycanı lazım gəlsə, hərb meydanında da qorumağa hazırdır…
Yeni Ağdam İlham Əliyevin şah əsərləri içində həmişə parlayacaq. Prezident Ağdamı Azərbaycanın Zəfər Qalası kimi qurur, inkişaf mərkəzi kimi yaradır.
Mübaliğəsiz olaraq, İlham Əliyev Ağdamın baş memarıdır, əsas inşaatçısıdır, ən bacarıqlı ustasıdır…
Bu, hələ başlanğıcdır…
Davamı daha möhtəşəm olacaq…
Əməkdar jurnalist İxtiyar Hüseynli


OXŞAR XƏBƏRLƏR

Prezident Kəngərli sakinləri ilə görüşdü – Fotolar
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Diplomatik korpus nümayəndələri Ağdamda səfərdə olub - FOTO
Laçında bayram ab-havası... - Video + Fotolar
Bakıda Zəfər muzeyinin açılışı oldu – FOTOLAR
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Bakıda hərbi parad keçirildi - YENİLƏNİB
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55