Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İlham Əliyev və xanımından keçmiş prezidentə başsağlığı

İlham Əliyev və xanımından keçmiş prezidentə başsağlığı

İlham Əliyev və xanımından keçmiş prezidentə başsağlığı
2026-01-02 , 16:20

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Latviyanın keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqaya başsağlığı məktubu ünvanlayıb.

Yenilik.az xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri,
Həyat yoldaşınız, ömür-gün dostunuz İmants Freyberqsin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Sizinlə birlikdə, çiyin-çiyinə böyük həyat yolu keçmiş İmants Freyberqs hər zaman Sizin yanınızda olmuş sadiq silahdaşınız idi.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirik”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.