Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İlham Əliyev: Azərbaycan regional sülh gündəliyinin irəli aparılması üçün səylərini davam etdirəcək

İlham Əliyev: Azərbaycan regional sülh gündəliyinin irəli aparılması üçün səylərini davam etdirəcək

İlham Əliyev: Azərbaycan regional sülh gündəliyinin irəli aparılması üçün səylərini davam etdirəcək
2026-01-04 , 20:31

Azərbaycan Prezidenti İlham Əliyev regional sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini bildirib.

Yenilik.az xəbər verir ki, Prezident İlham Əliyev bunu yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlətimizin başçısı artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin yaradıldığını deyərək, bu xüsusda Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini, həmçinin Qazaxıstan və Rusiyadan buğdanın Azərbaycan ərazisindən keçməklə Ermənistana ixracının həyata keçirildiyini vurğuladı. Prezident İlham Əliyev TRİPP dəhlizinin regional nəqliyyat bağlantıları baxımından yeni imkanlar yaradacağına ümidvarlığını bildirdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.