Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » “Neftimiz, qazımız qurtarandan sonra çox ağır vəziyyətə düşə bilərik”

“Neftimiz, qazımız qurtarandan sonra çox ağır vəziyyətə düşə bilərik”

“Neftimiz, qazımız qurtarandan sonra çox ağır vəziyyətə düşə bilərik”
2026-01-06 , 09:31

“Əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik. Bu, qaçılmazdır. Biz bunu etməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri olacaq”.

Yenilik.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
İnkişaf etmiş ölkələrin inkişafının neftlə, qazla yox, ancaq zəka, ağıl, təhsil və elmlə bağlı olduğunu vurğulayan dövlət başçısı son 20 ildə Azərbaycanda yeni ali təhsil müəssisəsinin yaradıldığını qeyd edərək deyib:
“Bu, dövlətin niyyətidir, dövlətin siyasətidir. Təhsilin keyfiyyətinin, müəllimlərin sosial təminatının və peşəkarlığın artırılması, test sistemi və sair. Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun. Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik. Yox, olmazsa, neftimiz, qazımız qurtarandan sonra biz çox ağır vəziyyətə düşə bilərik”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.