İlham Əliyevin Qəzza ilə bağlı mövqeyi Türkiyə gündəmində - Fotolar
Prezident İlham Əliyevin yerli televiziya kanallara müsahibəsində Azərbaycanın Qəzzaya sülhməramlı qüvvə göndərməyəcəyini açıq şəkildə bəyan etməsi yalnız ölkə daxilində deyil, eyni zamanda, Türkiyə ictimaiyyətində də diqqətlə izlənilib və bütövlükdə müsbət qarşılanıb.

Sosial mediada Azərbaycan Prezidentinin mövqeyini təqdir edən xeyli sayta paylaşım edilib.

Bu paylaşımlardan və onlara yazılan şərhlərdən aydın olur ki, İsrail-Fələstin məsələsi, eləcə də Qəzza ilə bağlı Azərbaycanın tutduğu mövqeyə əvvəlki tənqidi yanaşmalar xeyli zəifləyib, Türkiyə ictimai fikrində dəyişiklik baş verib.

Bu reaksiya həm də onu göstərir ki, Türkiyə ictimaiyyəti Azərbaycan rəhbərliyinin emosional çağırışlardan uzaq, milli maraqlara söykənən və məsuliyyətli xarici siyasətini getdikcə daha aydın şəkildə anlayır və qəbul edir.
Türkiyə ictimai rəyində əsas yanaşmalar

Aparılan müşahidələr göstərir ki, Türkiyədəki sosial şəbəkə istifadəçilərinin əhəmiyyətli hissəsi Prezident İlham Əliyevin açıqlamasını prinsipial, realist və milli maraqlara söykənən siyasi mövqe kimi qiymətləndirir. Xüsusilə “Facebook” “X”, “Instagram” və “YouTube” platformalarında edilən paylaşımlarda aşağıdakı məqamlar ön plana çıxıb:
- Azərbaycanın emosional deyil, dövlət maraqlarına əsaslanan xarici siyasət yürütməsi;

- Regiondan kənar münaqişələrdə birbaşa hərbi iştirakdan yayınaraq, balanslı və məsuliyyətli mövqe sərgiləməsi;
- Humanitar məsələlərlə siyasi-hərbi öhdəliklərin bir-birindən fərqləndirilməsi.
Bir çox istifadəçi qeyd edib ki, Qəzza məsələsində humanitar dəstək və diplomatik mövqe ilə hərbi iştirakın qarışdırılmaması dövlətçilik baxımından doğru yanaşmadır.

Liderlik və qətiyyət vurğusu
Sosial şəbəkələrin Türkiyə seqmentində paylaşımların bir hissəsində Prezident İlham Əliyevin adı qətiyyətli liderlik nümunəsi kimi çəkilib. Bəzi şərhlərdə onun açıq və emosiyaya qapılmadan verdiyi cavablar regional liderlər üçün nümunə kimi göstərilib. Sosial şəbəkə istifadəçiləri vurğulayıblar ki, bu mövqe Azərbaycanın suveren qərarvermə qabiliyyətini və müstəqil xarici siyasət kursunu nümayiş etdirir.

Xüsusilə “öz maraqlarını hər şeydən üstün tutan dövlət” yanaşması Türkiyə ictimai rəyində anlayışla qarşılanıb və dəstək tapıb.
Ümumilikdə aparılan araşdırma göstərir ki, Prezident İlham Əliyevin Qəzza ilə bağlı səsləndirdiyi mövqe Türkiyə ictimaiyyətində mənfi reaksiya doğurmayıb, əksinə, böyük ölçüdə hörmət və anlayışla qarşılanıb. Bu, bir daha göstərir ki, Azərbaycan–Türkiyə münasibətlərində emosional gözləntilərdən çox, qarşılıqlı suverenlik və milli maraqlara hörmət əsas meyar kimi qəbul olunur.

Bu yanaşma həm də Azərbaycanın beynəlxalq məsələlərdə müstəqil, ölçülüb-biçilmiş və strateji düşüncəyə əsaslanan siyasət yürütməkdə davam etdiyini nümayiş etdirir.
OXŞAR XƏBƏRLƏR

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Prezidentin yerli televiziyalara müsahibəsi dünya mediasının - DİQQƏTİNDƏ
Azərbaycanla bağlı saxta xəbər kampaniyası - Türkiyə rəsmiləri niyə susur?
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
Azərbaycanda kazino biznesinə icazə verilərsə BÜDCƏ NƏ QƏDƏR QAZANAR?
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
Prezident İlham Əliyevin ABŞ səfəri: Yeni geosiyasi reallıqların təntənəsi TƏHLİL
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55