Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası təsdiq edildi

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası təsdiq edildi

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası təsdiq edildi
2026-01-14 , 17:11

Azərbaycan Respublikasında mədəniyyət sahəsinin uzunmüddətli inkişafını nəzərdə tutan “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası təsdiqlənib.

Yenilik.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin formalaşdırılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunması Konsepsiyanın əsas məqsədləri kimi müəyyən edilib.
Konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə həvalə olunub. Nazirlik tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumat verəcək və sərəncamdan irəli gələn digər məsələlərin həllini təmin edəcək.
Eyni zamanda, Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Mədəniyyət Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.
Sərəncamdan irəli gələn məsələlərin həlli isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.