Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İlham Əliyev: COP29 ətrafında tənqidlər əsassız idi

İlham Əliyev: COP29 ətrafında tənqidlər əsassız idi

İlham Əliyev: COP29 ətrafında tənqidlər əsassız idi
2026-01-21 , 09:20

Biz istər Avroviziya, istər COP-la bağlı əsassız tənqidlərlə üzləşdik.

Yenilik.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.
Dövlətimizin başçısı COP29 ilə bağlı əsassız tənqidlərin daha çox olduğunu qeyd edərək bildirib: “Xüsusilə COP-la bağlı bizi günahlandırdılar ki, neft istehsal edən ölkəyik, neft istehsal edən ölkə necə COP-a ev sahibliyi edə bilər. Baxmayaraq ki, Azərbaycandan əvvəl və sonra Azərbaycandan xeyli çox neft istehsal edən ölkələr olub. Lakin sual bizimlə bağlı idi və mən söylədim ki, neftə sahib olmaq bizim günahımız deyil. Biz buna görə günahlandırılmamalıyıq. Bizi neft sərvətimizi necə idarə etməyimiz, onu cəmiyyətdə ədalətli şəkildə necə paylaşdırdığımızla bağlı qiymətləndirmək lazımdır”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.