Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » "Hakimin qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı" - Prezident "Qarabağ"ı təbrik etdi

"Hakimin qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı" - Prezident "Qarabağ"ı təbrik etdi

2026-01-22 , 08:35

Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ" futbol klubunu Çempionlar Liqasında "Ayntraxt"ı məğlub etmək münasibətilə təbrik edib.

Yenilik.az xəbər verir ki, bu barədə dövlət başçısı rəsmi sosial şəbəkə hesabında yazıb:
"Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm! Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə "Qarabağ"ın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!"

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.