Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » “O hadisənin ertəsi günü sülh müqaviləsini imzalaya bilərik” - İlham Əliyev

“O hadisənin ertəsi günü sülh müqaviləsini imzalaya bilərik” - İlham Əliyev

“O hadisənin ertəsi günü sülh müqaviləsini imzalaya bilərik” - İlham Əliyev
2026-02-14 , 10:14

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibəsində bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı məsələsinə aydınlıq gətirib.

Yeniliki.az xəbər verir ki, dövlət başçısı bununla bağlı suala cavabında deyib:
“Bilirsiniz ki, bu, bizdən asılı deyil. Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.