Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İlham Əliyev Donald Trampa təşəkkür edib

İlham Əliyev Donald Trampa təşəkkür edib

İlham Əliyev Donald Trampa təşəkkür edib
2026-06-01 , 15:56

Azərbaycan Prezidenti İlham Əliyev Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğv müddətinin uzadılması haqqında memorandumla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Yenilik.az xəbər verir ki, paylaşımda deyilir:
“Möhtərəm Prezident Donald Tramp,
Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandumu şəxsi qeydiniz və xoş sözlərinizlə birlikdə mənə xatirə hədiyyəsi olaraq göndərdiyiniz üçün Sizə səmimi təşəkkürümü bildirmək istəyirəm. Bu diqqətəlayiq jesti yüksək qiymətləndirir və ona böyük ehtiram bəsləyirəm”.






Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.