Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Ramazanda sağlam qidalanmaq üçün qaydalar

Ramazanda sağlam qidalanmaq üçün qaydalar

Ramazanda sağlam qidalanmaq üçün qaydalar
2023-03-21 , 18:13

Ramazan ayında sağlam şəkildə oruc tutmaq bədən fəaliyyəti üçün olduqca vacibdir.

Yenilik.az xəbər verir ki, oruc zamanı xüsusən də, imsak və iftar vaxtı qidalanma rejiminə diqqət etmək lazımdır.
Ramazanda sağlam qidalanmaq üçün bunları etmək faydalıdır:
Porsiyalarınızı böyük etməyin:
Ramazanda açılan böyük süfrələrdə sağlam qidalanmaq üçün porsiyalarımızı əvvəlcədən yaxşı şəkildə nizamlamalıyıq.
Bütün qida qruplarından az miqdarda qəbul etməliyik:
Sağlam yeməkləri düzgün və miqdarından çox olmayacaq şəkildə yemək daha faydalıdır.
Tərəvəz və meyvələri bol etməliyik:
Bu qidalar mədə və bağırsaqların fəaliyyətini artıracağı üçün həzm sistemimizi də rahatlaşdıracaq.
Ət, toyuq və balıq yeməklərini sobada bişirmək daha xeyirli olacaq:
Bu bizim yediyimiz qidalardan ən yaxşı şəkildə faydalanmağımızı təmin edəcək.
Şirniyyatdan az istifadə etmək daha faydalıdır:
Uzun müddətli aclıqdan sonra qəbul edəcəyimiz şirniyyatlar qan şəkərinin yüksəlməsinə səbəb ola bilər.







Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.