Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » TƏBİB rəsmisindən qızılca ilə bağlı əhaliyə ÇAĞIRIŞ

TƏBİB rəsmisindən qızılca ilə bağlı əhaliyə ÇAĞIRIŞ

TƏBİB rəsmisindən qızılca ilə bağlı əhaliyə ÇAĞIRIŞ
2023-04-28 , 15:20

“Qızılcadan qorunmağın ən doğru yolu peyvənddir”.

Yenilik.az xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, uşaqlara qızılcaya qarşı vaksin vaxtında vurulmalıdır:
“Qızılca yeni xəstəlik deyil. Hər kəsin bu xəstəlik haqqında məlumatı var. Vaksin 1 yaşında olan uşaqlara vurulub. Son zaman yaranan problemin səbəbi koronavirus pandemiyası dövründə rutin vaksinasiya ilə bağlı tibbi əlçatanlığın zəifləməsidir”.
Y.Qarayeva qeyd edib ki, qızılcaya böyük yaşlarda yoluxan insanlarda ağır fəsadlara yol aça bilər:
“Buna görə də vaxtında vaksinasiya olunmaq məsləhətdir. Həkim məsləhəti olmadan da müalicə olmaz”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.